12 Mart 2024 17:05
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin martın 15-i Bakıda 9-cu üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.