15 Mart 2024 00:25
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Bolqarıstana uduzub.
Metbuat.az xəbər verir ki, qarşılaşma Bolqarıstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. B qrupunda yer alan millimizin yeganə qoluna 25-ci dəqiqədə Xanım Əsədova imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti matçını martın 17-də Sloveniyaya qarşı keçirəcək.