METBUAT.AZ

İdman

Azərbaycan millisinin futbolçusu Bolqarıstanla oyunda

25 Mart 2024 17:31

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli zədələnib.

Metbuat.az xəbər verir ki, yarımmüdafiəçi yığmanın ötən gün baş tutan məşqində sıradan çıxıb.

O, bu səbəbdən bu gün “FIFA series – Edition 2024” layihəsində Bolqarıstanla matçı buraxacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı oyun saat 20:00-da başlanacaq.


metbuat.az.