METBUAT.AZ

İdman

Azərbaycan millisinin oyunlarının biletləri

13 Mart 2024 09:35

Azərbaycan millisinin “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stradionunda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq turnirdə biletlərin qiyməti üçüncü kateqoriya üçün 2, ikinci kateqoriya üçün 5, birinci kateqoriya üçün 10, VİP yerlər üçün 25 və 30 manat təşkil edir.

Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan ilə qarşılaşacaq


metbuat.az.