METBUAT.AZ

Siyasət

Azərbaycan öz əsgərinin gücünə torpaqlarını geri qaytaracaq

11 Mart 2024 15:20

"Ermənistan o kəndləri gec ya tez boşaltmalıdır. Ola bilər ki, prosesi ləngitmək üçün müəyyən bəhanələr gətirə bilər. Amma bu bəhanələr Ermənistanı həmin əraziləri Azərbaycana qaytarması məsələsini kənarda qoya bilməz. O ərazilər Azərbaycanən tarixi əraziləridir. Bunu Ermənistan hökuməti özüdə qəbul edir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, kənar güclərin təsiri altında Ermənistan bu məsələdə müxtəlif manupulyasiyalar edə bilər.

"Amma bu cəhdlərdə öz nəticəsini vermiyəcək. Çünki, Azərbaycan qəti olaraq bununla bağlı fikrini bildirib. Həmin ərazilər Azərbaycana verilməlidir. Öncə anklav olmayan ərazilər, hansıki Azərbaycanla sərhəddədir onlar qaytarılmalıdır. Ikinci mərhələdə isə digər kəndlərin qaytarılması məsələsi nəzərdə tutulub".

Ekspert qeyd edib ki, prosesi ləngitmək üçün cəhdlərin olacağı qaçılmazdır.

"Belə bir hal olacaqsa, Azərbaycan buna müdaxilə etmək hüququna sahibdir. Bunun edilib ediləməyəcəyi isə hadisələrin gedişatından asılıdır. Amma hər bir halda bu Azərbaycanın legitim hüququdur. Əgər torpaqlar qaytarılmasa Azərbaycan oranı öz əsgərinin gücünə geri qaytarıb, ərazisinə birləşdirəcək".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.