METBUAT.AZ

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini

15 Mart 2024 10:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

Metbuat.az xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.

Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.


metbuat.az.