7 Mart 2024 13:48
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 432,7 min vahid artaraq bu il martın 1-nə 1 milyon 834,629 minə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 381 500 vahid artaraq 921 383 olub.
"5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - deyə məlumatda qeyd edilib.