21 Mart 2024 14:45
2024-cü ilin ilk iki ayında 296 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.
Metbuat.az-ın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara görə, xarici ölkələrə səfər edən vətəndaşlarımızın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.
Hesablamalara görə, vətəndaşların 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiyaya, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22 faizi digər ölkələrə səfər edib.
Xaricə səfər edənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.
İlk iki ayda İrana gedən vətəndaşların sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiyaya gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artıb.
Xaricə gedənlərin 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.