METBUAT.AZ

Ölkə

Azərbaycanda işsizlərin sayı azalıb

28 Mart 2024 14:11

Azərbaycanda qeydiyyata alınan işsizlərin sayı azalıb. Belə ki, 2024-cü il mart ayının 1-nə olan məlumata görə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 216,6 min nəfər olub. Onların 42,3 faizini (91,6 min nəfərini) qadınlar, 57,7%-ni (125 min nəfərini) kişilər təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında bildirilib.

Həmçinin, iqtisadi fəal əhalinin sayı 5 milyon 250,9 min nəfər olub, onlardan 4 milyon 964,1 min nəfərini məşğul əhali, 286,8 min nəfərini (5,5%-ni) işsiz əhali təşkil edib.

"Fevral ayında isə işsiz kimi qeydiyyatdan keçənlərin sayı daha çox olub. Fevral ayının 1-nə olan məlumata əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 217,9 min nəfər olub. Rəsmi məlumata görə, qeydiyyata alınmış işsiz şəxslərin 41,8 faizini qadınlar, qalan hissəsini kişilər təşkil edib.

İqtisadi fəal əhalinin sayı isə 5 milyon 250,2 min nəfər olub, onlardan 4 milyon 963,5 min nəfərini məşğul əhali, 286,7 min nəfərini isə işsiz əhali təşkil edib.

Fevral ayının məlumatında işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 idisə, mart ayının göstəricisində bu rəqəm 436 manat qeyd olunub.


metbuat.az.