18 Mart 2024 14:02
Azərbaycanda 20 min nəfərdən artıq məhkum var.
Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan əhalinin 100 min nəfərinə düşən məhbus sayına görə dünyada 56-cı yerdədir:
"Dünyada cinayət törətmiş şəxslərin sayına görə Amerika Birləşmiş Ştatları birinci yerdədir. Bu o deməkdir ki, Azərbaycanda kriminogen durum nəzarətdədir".