METBUAT.AZ

Sosial

Azərbaycanda qohum evliliyi qadağan edilə bilər –

12 Mart 2024 12:34

“Qohum evlilikləri strateji və cəmiyyət problemidir. Çünki qohum evlilikləri birbaşa genofonda mənfi təsir göstərir. Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”.

Metbuat.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.

R. Qasımov qeyd edib ki, xəstə və əlil olaraq doğulmuş uşağın valideynlərindən də əvvəl, özünün yaşadığı iztirabları göz önünə gətirmək lazımdır:

“Əmi, dayı və bibi uşaqları arasında olan evliliklərdə sosial yük əsas rol oynayır. Çoxu düşünür ki, tanıdığı insanla evlənməsi daha təhlükəsizdir”.


metbuat.az.