21 Mart 2024 20:45
“Rusiyanın neft emalı sənayesi yayda ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üz-üzədir”.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəis müavini Serqey Kondratiyevin "
Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmiri çətinləşdirir. Bundan əlavə, dron hücumlarının tezliyi müəssisələrə dəyən ziyanın sayını artırır.
“Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Amma təmir və modernləşdirmə ilə bağlı problemlərə görə, yayda ölkənin daxili bazarında benzin qıtlığı yarana bilər”.
Ötən il Rusiya 275 milyon ton neft emal edib. Daxili bazar istehsal olunan benzinin 86-90%-ni, təyyarə yanacağının 80-85%-ni, dizel yanacağının 50-60%-ni alırdı. Ekspert qeyd edib ki, yerli zavodlar xaricdən gətirilən avadanlıqlardan çox asılıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Rusiyadan 17387 ton "Aİ-92" markalı, 40261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64 976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86 000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2 000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.