7 Mart 2024 15:25
Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində addımlar müzakirə edilir.
Metbuat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
"Bu barədə addımlar müzakirə edilir. Səfirliyin açılacağı tarix məlum deyil", - deyə o, qeyd edib.
Qeyd edək ki, ötən il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.