6 Mart 2024 18:18
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ötən iki ay ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 1,5 dəfə azalıb.
Metbuat.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən martın 1-i tarixinə 862 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 1324 milyon dollar gəlir əldə edilmişdi.