5 Mart 2024 15:58
2023-cü il ərzində 52 qəsdən adam öldürməyə cəhd faktı qeydə alınıb ki, onların hamısı aşkar şəraitdə törədilib.
Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Qeyd olunub ki, hesabat dövründə əvvəlki illərdən bağlı qalmış qəsdən adam öldürmə faktları ilə bağlı prokurorluq orqanlarında istintaq edilən 36 cinayət işinin açılması təmin edilib.