14 Mart 2024 10:57
Bakıdan Budapeştə uçuş həyata keçirən “WizzAir” aviaşirkətinin “Airbus A321” təyyarəsi texniki səbəblərdən gecikir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Metbuat.az-a verilən məlumata görə, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.
Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.