12 Mart 2024 09:15
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 7 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.