29 Mart 2024 17:07
“BakuBus” 5 nömrəli marşrut xəttinə elektrik mühərrikli avtobus buraxıb.
Metbuat.az xəbər verir ki, uzunluğu 24.4 km olan marşrut xətti 20 ci Sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin ZhongTong Bus şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.