METBUAT.AZ

Hadisə

Bakıda kimyəvi maddə içən şəxs öldü

11 Mart 2024 09:23

Bakıda kişi kimyəvi maddə içərək ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə kimyəvi maddə içib. Bunun nəticəsində zəhərlənən kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Sergey Dmitrakov ölüb.

Araşdırma aparılır.


metbuat.az.