METBUAT.AZ

İdman

Bakıya tarixi nəticə ilə gəlir -

4 Mart 2024 11:47

“Bayer Leverkuzen” klubunun baş məşqçisi Xabi Alonso Bundesliqada tarixi göstəriciyə imza atıb.

Metbuat.az xəbər verir ki, “Bayer Leverkuzen” Xabi Alonsonun rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanıb. O, Bundesliqa tarixində ilk 50 matçında ən çox qələbə sevinci yaşayan üçüncü məşqçi olub. İlk sırada Pep Qvardiola qərarlaşıb. O, “Bavariya” ilə ilk 50 qarşılaşmanın 42-də qələbə qazanmışdı. Hans-Diter Flik isə “Bavariya”dakı ilk 50 matçında 40 qələbə qazanmışdı.

Qeyd edək ki, “Bayer Leverkuzen” “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibidir. “Bayer Leverkuzen” növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.


metbuat.az.