25 Mart 2024 09:45
“Barselona” prezidenti Xoan Laporta Lamine Yamal üçün 200 milyon avroluq təklif aldıqlarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, klub aparıcı istedadlı futbolçularını satmaq fikrində deyil. İspaniya mediasının məlumatına görə, Yamal üçün təklif göndərən klub PSJ olub.
“Biz əvvəlkindən qat-qat yaxşı işləyirik, iqtisadi problemdən çıxırıq. Düşünürəm ki, tezliklə iqtisadi cəhətdən möhkəm klubumuz olacaq” - Laporta deyib.