18 Mart 2024 12:23
Jerar Pike baş məşqçi Pep Qvardiolanın yenidən "Barselona"ya rəhbərlik edəcəyini irəli sürüb.
Metbuat.az xəbər verir ki, Pike Xavinin klubdan getməsindən sonra “Barselona”nı idarə edə biləcək namizəd kimi Qvardiola və “Arsenal”ın baş məşqçisi Mikel Artetanın adını çəkib. Pike bildirib ki, Qvardiola 2025-ci ildə "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan sonra Kataloniya klubuna qayıda bilər.
"The Times"a danışan Pike: "Barsanı idarə etmək üçün mütəxəssis olmaq lazımdır. Spesifik məşqçi növü və “Barsa”nın oyun tərzini başa düşməlisiniz, ona görə də seçimlər azdır. Ən yaxşı namizdə Pep Qvardioladır, çünki onun keçmişi var. Qvardiola hazırda ən yaxşı məşqçidir. “Arsenal”dan Mikel Arteta həm yaxşı məşqçidir həm də keçmişdə “Barsa”da oynayıb” deyə bildirib.