METBUAT.AZ

İdman

"Barselona" "Real"ın Mbappeni almasına bu transferlə cavab verəcək

27 Mart 2024 10:45

"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Kataloniya komandası artıq növbəti mövsüm üçün planlar qurmağa başlayıb. “Mundo Deportivo”nun məlumatına görə, Erlinq Haalandı transfer etməyi planlaşdıran "Barselona" iqtisadi problemləri aradan qaldırmağın yolunu tapıb. Bildirilir ki, “Barselona” ”Camp Nou”nunu istifadəyə verəndən sonra kifayət qədər resurslara sahib olacaq və iqtisadi problemlərini həll edəcək.

Məlumata görə, Robert Levandovski Səudiyyə Ərəbistanından yaxşı təkliflər alıb və “Barselona” futbolçunu getməyə razı salacağı təqdirdə satışdan yaxşı gəlir əldə edə bilər. “Barselona” Erlinq Haaland transferini 2025-ci ildə reallaşdırmaq istəyir.


metbuat.az.