6 Mart 2024 12:27
"Qarabağ"la səfər matçımız mütləq gərgin olacaq. Biz artıq bunu bir dəfə görmüşük. Ona görə də bilirik ki, Bakıdakı oyun asan keçməyəcək".
Metbuat.az xəbər verir ki, bu sözləri "Bayer"in (Almaniya) vitse-kapitanı Conatan Ta UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"la keçiriləcək oyun haqda danışarkən deyib.Almaniya millisinin də üzvü olan müdafiəçi Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Qarabağ" çox məşhur komanda olmaya bilər, amma elə komandadır ki, onları qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, bizim onlara qarşı oyun təcrübəmiz var".
Qeyd edək ki, "Bayer"lə "Qarabağ" arasında ilk oyun martın 7-də Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab matçı isə martın 14-də Leverkuzendə keçiriləcək.