METBUAT.AZ

Ölkə

Bayram günü faciəvi şəkildə vəfat edən Elmirin FOTOSU

22 Mart 2024 19:50

Martın 21-də Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Kiçik Qaramurad kəndində "KIA" markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

E. Nağıyev sözügedən kənddə orta məktəbin 7-ci sinfində oxuyurmuş.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.