2 Mart 2024 11:09
"Azərbaycanda benzinin qiymətinin"Azərbaycanda benzinin qiymətinin artması dünya bazarından aslı deyil. Aİ-92 və dizel markalı benzinin qiymətləri tarif şurası tərəfindən tənzimlənir. Bu tarif şurasının qərarından asılıdır".
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, neftin qiyməti bahada olsa, ucuzda olsa Nazirlər Kabinetinin verdiyi qərarla benzinin qiyməti tənzimlənir.
"Ona görə də neftin qiymətində hansısa dəyişikliyin baş verməsinin dünya bazarında baş verən proseslərlə birbaşa əlaqəsi yoxdur. Bizə təsir edən Aİ-95 və Aİ- 98 markalı benzinin qiymətləridir. Onların dünya bazarında qiyməti artdıqca Azərbaycanda da qiymət artır. Çünki bu dövlət tərəfindən tənzimlənmir. SOCAR tərəfindən gətirilir və ölkədə satılır. Amma hal-hazırda Aİ-95-və Aİ-97 markalı benzinin də artmasına səbəb yoxdur".
Seyranə Quliyeva / Mətbuat.az