METBUAT.AZ

Hadisə

Bəxtiyar Aslanov ürəktutmasından vəfat etdi -

13 Mart 2024 09:39

Xocalı soyqırımının şahidlərindən olan sabiq polis əməkdaşı, polkovnik-leytenant Aslanov Bəxtiyar Qulu oğlu ürək tutmasından dünyasını dəyişib.

Metbuat.az bildirir ki, o, Xocalının müdafiəçilərindən idi. Bəxtiyar Aslanov soyqırım zamanı yaralanmış, bir ayağını itirmişdi. Xocalı soyqırımı zamanı onun atası və qardaşı şəhid olub.

Qeyd edək ki, Bəxtiyar Aslanova "Azərbaycan bayrağı" ordeni verilmişdi.



metbuat.az.