4 Mart 2024 15:53
Qoz ən yaxşı zülal mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. Gün ərzində 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəliklərdən, o cümlədən onkoloji proseslərdən qoruya bilər.
Metbuat.az xarici mediaya istinadən qozun faydalarını tədqim edir:
- Beyin sağlamlığını qoruyur, yaddaşı gücləndirir
- Omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir
- Ürək sağlamlığını qorumağa kömək edir
- Bağırsaq sağlamlığını dəstəkləyir
- Xərçəng riskini azaldır
- Depressiyaya qarşı təsirlidir
- Yuxunu nizamlamağa kömək edir
- Orqanizmdə iltihabı azaldır
- Diabet riskini azaldır
- Qan təzyiqini aşağı salır
- Dərinin sağlamlığını qoruyur
- Beyin sağlamlığını qoruyur, yaddaşı gücləndirir
Qozda olan omeqa-3 yağ turşuları və yüksək antioksidantlar beynin daha funksional fəaliyyətinə müsbət təsir göstərir. Sağlam yağ turşuları, antioksidantlar, polifenollar və E vitamini beyindəki iltihabı və oksidləşdirici zədələnməni azaldır və qarşısını alır, bu da yaddaş problemlərinin aradan qaldırılmasında və Alzheimer xəstəliyi riskinin azaldılmasında xüsusilə təsirlidir. Qozda olan E və F vitaminləri dərini zərərli sərbəst radikallardan qorumağa kömək edir və həmçinin qırışlarla birlikdə dərinin qurumasının qarşısını alır.
Seyranə Quliyeva / Metbuat.az