26 Mart 2024 08:25
BMT Təhlükəsizlik Şurası Qəzza zolağındakı vəziyyətlə bağlı iclas keçirib.
Metbuat.az xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanmış qətnamə qəbul edilib. Qətnamədə Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəsin tətbiq edilməsi barədə çağırış edilib. Sənədin lehinə 14 ölkə və Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Çin, Fransa və Böyük Britaniya səs verib. ABŞ bitərəf qalıb.