METBUAT.AZ

Siyasət

Bölgədə sülhün bərpa olunması ən çox Ermənistana lazımdır -

8 Mart 2024 11:13

"Bu məsələdə real görünən tərəf odur ki, sülh müqaviləsinin imzalanması məsələsi dilə gətirilir. Hətta ürəkdən olmasa belə, məsələnin dilə gətirilməsi müsbət hadisədir. Çünki biz sülhü məhz təkliflərlə, içi boş olmayan variantda Ermənistana təqdim etmişik. Onlardan cavab gözləyirik. Əgər onlar bu addımları atmağa hazır olarlarsa, bizim hər hansısa problemimiz yoxdur".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, belə bir addımın atılması hamımız üçün faydalı olar.

"Bölgədə sülhün bərpa olunması ən çox Ermənistana lazımdır. Ona görə də bu addımın atılması, müəyyən dərəcədə bir ortaq nöqtəyə gəlinməsi yaxşı olar. Ermənistan tərəfindən deyilən fikirlərin nə qədər səmimi olduğu isə bundan sonrakı prosesdə bəlli olacaq"

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanla möhkəm sülh sazişi bağlamaq imkanına malikdir.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.