25 Mart 2024 17:55
Martın 25-i Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dağlanın hündürlüyü 2.6 metrə çatıb.
Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.