METBUAT.AZ

Gündəm

Bu ayın ən vacib əməllərindən biri günahlardan uzaqlaşmaqdır

11 Mart 2024 12:29

"Oruc tutmaq həm insanı ruhən həm də cismən paklaşdırır. Dünya alimləri də deyirlər ki, sağlamlıq baxımından müalicələrin başındaya dayananlardan biri ac qalmaqdır. Adi günlərdə insan daha çox qidalandığı üçün orqanizmdə olan bütün qan kütləsi qidanın həzm olunmasına gedir. Burada məqsəd maddələr mübadiləsinin və həzm prosesinin yaxşı getməsidir. Qan beyindən aşağı orqanlara axır və həzm prosesində iştirak edir. Çox yeyən adamlar, daha çox yuxulu və tənbəl olurlar. Ancaq oruc tutan adamda mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir"

Bu sözləri Metbuat.az-a açıqlamasında ilahiyyatçı Elnur Xudaverdiyev deyib.

O bildirib ki, bu ayın ən vacib əməllərindən biri günahlardan uzaqlaşmaqdır.

"Hansı bəndələrki, orcu tutublar, Allahdan günahlarının bağışlanmasını istəyiblərsə, Allah kimliyindən asılı olmayaraq onların günahını bağışlayar. hamımıza vacibdir ki, günahlarımızdan tövbə edək".

İlahiyyatçı onu da qeyd edib ki, əgər bir adam namaz qılmırsa, orucda tuta bilməz deyə bir məhfum yoxdur.

"İnsan əgər namaz qılmırsa amma oruc tutursa təbii ki, onun faydasını insan görəcək. Ruhən və cismən paklaşacaq. Hər bir şəxs Oruc tutmalıdır. Müəyyən səsəblərdən oruc tutmursa da çalışmalıdır ki, ramazan ayının hörmətini saxlasın".

Seyranə Quliyeva / Metbuat.az






metbuat.az.