15 Mart 2024 10:48
"Azərbaycanda ənənəvi olaraq noyabr ayından aprel, may aylarına qədər ərzaq məhsullarının qiymətində daha sürətli artım müşahidə olunur. Çünki, yerli məhsullar bazardan çıxır. Daha çox xaricdən gətirilən məhsullar bazara daxil olur. Nəticə etibarı ilə bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Təqribən aprel və may aylarında kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətində bir sabitlik yaranır".
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, yay aylarında qiymət artımı çox az olur.
"Yenidən yeni il qabağı qiymətlərin daha da yeni bir mərhələdə bahalaşmasını görürük. Azərbaydanda daha çox təbii ki, insanları maraqlandıran ərzaq məhsulları, kənd təsərrüfatı məhsullarıdır ki, onların qiymətindəki artım əhaliyə daha həssas təsir göstərir".
Ekspert onu da vurğulayıb ki, ərzaq məhsullarının bahalaşması ilə yanaşı qeyri-ərzaq məhsullarınıda bahalaşıb.
"Avtomobil ehtiyyat hissələri son vaxtlarda bahalaşıb. Son zamanlar bununla şikayətlər var. Avtomobillərin də qiyməti artıb. Eyni zamanda geyim, qeyri ərzaq məhsullarında da qiymət artımı nəzərə çarpacaq dərəcədədir".
Seyranə Quliyeva / Metbuat.az