METBUAT.AZ

Sosial

Bu ərazidə suyun verilməsində məhdudiyyətlər yaranıb

23 Mart 2024 15:29

Bu gün Bakının Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar martın 23-də Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsu, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.


metbuat.az.