1 Mart 2024 11:19
“Müayinəyə şərait yaratmayan abonentlərin qaz təchizatı dayandırılacaq”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.
“Abonentlər texniki müayinələr zaman qaz təssərüfat işçilərinə qapını açmadıqda mənzilin qaz təchizatı dayandırılacaq. Smart-kart tipli sayğaclarda isə bloklanma baş verəcəkdir”.
İlkin Behbudov qeyd edib ki, abonent istəyərsə, müayinə vaxtını qabaqcadan özünə uyğun olan bir vaxtla dəyişdirə bilər.