METBUAT.AZ

Ölkə

Bu il iki mindən çox yeraltı təkan baş verib

27 Mart 2024 11:46

2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox təkanlar qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Açıq qapı" günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır:

"Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".


metbuat.az.