METBUAT.AZ

Sağlamlıq

Bu meyvə soyuqdəymənin dərmanıdır

16 Mart 2024 11:06

Portağal payız meyvələrindən biridir. Bu meyvə C vitamini ilə zəngindir. İnsanı gümrah edir və bədənə çoxlu kalori darixl etmir. Çox dadlı və faydalıdır.

Mətbuat.az xarici mediaya istinadən portağalın faydalarını təqdim edir:

- Tərkibindəki C vitamini sayəsində portağal hüceyrələrin zədələnməsinin qarşısını alır

- Xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparır

- İmmunitet sistemini gücləndirir və mikroorqanizmlərdən qoruyur

- Yaşla bağlı makula degenerasiyasını yavaşlatmaqla göz sağlamlığını dəstəkləyir.

- Dəmirin udulmasını artıraraq anemiyanı yaxşılaşdırmağa kömək edir

- Qan təzyiqini tənzimləməyə təsir göstərir

- Çəkini normada saxlayır

- Qandakı pis xolesterinin səviyyəsini aşağı salır

- Diabet, ürək-damar xəstəlikləri, artrit və Alzheimer kimi xəstəliklərdə iltihabı azalda bilir

Portağal istehlakı böyrək daşlarına da yaxşı təsir edə bilər. Portağalın tərkibindəki sitrat böyrəklərdə kalsium yığılmasının qarşısını alaraq daş əmələ gəlməsinin qarşısını ala bilər.

Seyranə Quliyeva / Mətbuat.az


metbuat.az.