METBUAT.AZ

Sağlamlıq

Bu meyvə və bitkilər təbii ağrıkəsicidir

29 Mart 2024 12:01

Bəzi bitkilər və meyvələr min illərdir təbii ağrıkəsici kimi istifadə olunur. Bir çox insan yan təsirinin daha az olduğunu düşündükləri dərmanlar yerinə təbii ağrıkəsicilərə üstünlük verir.

Metbuat.az xarici mediaya istinadən təbii ağrıkəsici olan meyvə və bitkiləri təqdim edir:

Zəncəfil -2000 ildir həzm sistemini sakitləşdirdiyi bilinən zəncəfil eyni zamanda təsirli ağrı kəsicidir. Zəncəfil, oynaqların ağrıları və menstrual kramplar da daxil olmaqla, artrit ağrıları ilə mübarizə aparan təbii bitkidir.

Çobanyastığı- tərkibində ağrıkəsicilər də var. Əsrlər boyu insanlar tərəfindən xüsusilə sinir sistemi ilə bağlı ağrılar üçün istifadə edilib.

Albalı - Albalıdakı antosiyaninlər adlanan yüksək miqdarda antioksidantlar albalıların ağrı ilə mübarizə gücünün açarıdır. Araşdırmalar göstərib ki, albalı şirəsi idman edən kişilərdə əzələ zədələnməsi əlamətlərini azaldır.

Nanə - Nanə yağı qıcıqlanmış bağırsaq sindromunun əlaməti olan ağrılı krampları, qazı və şişkinliyi aradan qaldırır.

Qoz -Tərkibindəki yüksək miqdarda omeqa-3 yağ turşuları ilə beyin və ürək sağlamlığı ilə yanaşı ağrılara da faydalıdır. Müntəzəm olaraq qoz istehlakı əzələ və oynaq ağrılarına qarşı təsirlidir.

Sarımsaq - Diş və baş ağrılarına yaxşı təsir edən sarımsaq təbii antibiotik kimi tanınır. Gündə 2-3 diş sarımsaq ümumiyyətlə əzələ və sümük ağrılarını azaldır.



metbuat.az.