8 Mart 2024 14:21
İndoneziya və Filippin sahilləri yaxınlığında güclü zəlzələ olub.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin maqnitudası 6 bal olub. Zəlzələnin ocağı 125 km dərinlikdə yerləşib.