METBUAT.AZ

Dünya

Bu ölkədə güclü zəlzələ oldu

17 Mart 2024 11:12

Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 136 min nəfər əhalisi olan Çinendeqa şəhərindən 67,5 km qərbdə, 52 km dərinlikdə yerləşib.

Hadisə ilə bağlı tələfat və dağıntılar barədə hər hansı məlumat daxil olmayıb.


metbuat.az.