31 Mart 2024 19:20
Yunanıstanın Krit adasının sahillərində 4,6 maqnitudada baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 163 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.