19 Mart 2024 10:48
Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.
Metbuat.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir.