27 Mart 2024 15:15
“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan "Hacı Seyfəl” orta təzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.