METBUAT.AZ

Ölkə

Bu rayonlara yeni polis rəisləri təyin edildi -

14 Mart 2024 15:54

Neftçala və Oğuz rayonlarına yeni polis rəisləri təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.


metbuat.az.