27 Mart 2024 15:06
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.