15 Mart 2024 10:36
17 mart tarixindən həftə sonları Bakının bəzi küçələrinə avtomobillə daxil olmaq mümkün olmayacaq. Avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.
Bəs bu qaydalar hansı küçələrə aid ediləcək?
Metbuat.az Atv Xəbərin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edir:
Seyranə Quliyeva / Metbuat.az