18 Mart 2024 18:51
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 30 milyon 888 min dollar dəyərində 134 min 870 ton buğda idxal edilib.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 dəfə və ya 133 min 244 ton, məbləğ baxımından isə 2.7 dəfə və ya 51 mln. dollar azdır.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.26%-nə bərabər olub.
Əlavə edək ki, 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azalaraq 229 dollar təşkil edib.