METBUAT.AZ

Ölkə

​Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb

14 Mart 2024 11:26

Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb

Metbuat.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Artıq Dənişkənarı Milli Park ərazisində də müvafiq işlərə başlanılıb. İlkin mərhələdə Bulvar ərazisindəki yolun uzunluğu təxminən 2200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da Bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövr tamamlanacaq.

Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün Bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.