METBUAT.AZ

Maraqlı

Cəmi 5 gün qaldı:

26 Mart 2024 15:16

Aprelin birində “Merkuri retrogradı” başlayacaq.

Metbuat.az tanınmış astroloqların bu barədə olan proqnozlarına əsasən məlumat verir ki, ilin bu dövrü əhvalınıza və hərəkətlərinizə əhəmiyyətli dərəcədə təsir edə bilər.

İldə üç-dörd dəfə Merkuri planeti geriyə doğru hərəkət edir. Astroloqlar bu dövrləri “ Merkurinin retrogradı” adlandırırlar. Adətən bu vaxtlar ənənəvi olaraq çaşqınlıq, gecikmə və məyusluq halları çoxalır.

2024-cü ildə Merkuri aşağıdakı tarixlərdə açıq-aşkar geriyə doğru hərəkətdə olacaq:

13 dekabr 2023-cü ildən 2024-cü il yanvarın 1-dək

1 apreldən 24 aprelə qədər

4 avqustdan 27 avqusta qədər

25 noyabr - 15 dekabr

“Merkuri retrograd”ı olanda nə etməlisiniz?

Merkuri planeti ünsiyyətin bütün formalarında - dinləmə, yazma, oxuma, danışma və sair fəaliyyətləri idarə edir. Merkuri geriyə doğru hərəkət edəndə çevik, səbirli və anlayışlı olmağa çalışın, səyahət üçün vaxtları təxirə salın. Qərar verməzdən əvvəl planlarınızı nəzərdən keçirmək üçün özünüzə vaxt ayırın.

Həyatınızın ritmini dayandıra bilməzsiniz, ancaq əvvəlcədən planlaşdırmaq bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Bəziləri həyatlarında baş verən bütün xaos üçün “Merkuri retrogradı”nı günahlandırırlar. Unutmayın ki, geri çəkilib enerjinizi nəyə sərf etdiyinizi nəzərdən keçirmək üçün yaxşı vaxtdır.

“Merkuri retrogradı” geri addım atmaq və kim olduğunuzu və nə etdiyinizi yenidən təhlil etmək üçün əla vaxt ola bilər, lakin retrograd bitənə qədər hər hansı kəskin dəyişiklik etməkdən çəkinin.

Merkurinin geriyə hərəkət etməsi başa çatdıqda, bəzi astroloqlar bir neçə həftəlik qısa bir "kölgə dövrü" olduğuna inanırlar. Tələsməyin. Hər hansı bir yanlış ünsiyyətin sizi idarə etməsinə icazə verməyin .

Metbuat.az


metbuat.az.