METBUAT.AZ

Sağlamlıq

Çiyələyin inanılmaz faydaları -

14 Mart 2024 14:05

Çiyələk bir çoxlarının sevimli giləmeyvələrindən biridir. Makro və mikro komponentlərlə zəngin olan meyvənin insan orqanizminə bir çox metabolik faydaları var.

Metbuat.az xarici mediaya istinadən çiyələyin faydalarını təqdim edir:

- Prebiyotik xüsusiyyətlərə malikdir və onların daha uzun yaşamasına imkan verir

- Bağırsaqlarda kimyəvi həzmə kömək edir

- Böyrəklərin strukturunu və fəaliyyətini bərpa edir

- Qan şəkərində ani dəyişikliklərə səbəb olmur və enerji çatışmazlığının qarşısını alır.

- Toxluq hissi verməyə kömək edir:

- Böyrək, sidik yollarının iltihabını aradan qaldırır

- Qanda ümumi xolesterin və LDL (bədxassəli xolesterin) səviyyəsini azaltmağa kömək edir.

- Antioksidantlar hüceyrə və orqan səviyyəsində bədəndə zərərli maddələrin yığılmasının azalmasına dəstək verir.

- Diabet, ürək, xərçəng və Alzheimer kimi xroniki xəstəliklərin riskini azaldır

- Yaddaşı gücləndirməyə, öyrənmə bacarıqlarını qorumağa və neyrodegenerativ xəstəliklər riskini minimuma endirməyə kömək edir

- Tərkibindəki kalsiumla diş minasını qoruyur

Çiyələyin tərkibindəki vitaminlər və komponentlər mikroorqanizmlərə qarşı əlavə müdafiə qalxanı yaratmaq qabiliyyətinə malikdir.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.